Lux İnternational Hospital · Bakı

Kardioloq Dr. Şəfa Şahbazova

Klinik və invaziv kardioloq. Ürək-damar xəstəliklərinin müayinəsi, dərman müalicəsinin izlənməsi və kateter yolu ilə aparılan müdaxilələr — koronar angioqrafiya, stentləmə və sonrakı uzunmüddətli nəzarət.

Kardiologiya şöbəsinin müdiri, 2024-dən 13 elmi iş, 3-ü PubMed-də ATU doktorantura, 2022-dən
Kardioloq Dr. Şəfa Şahbazova
13 elmi iş — 9 jurnal məqaləsi və 3 konfrans təqdimatı

Nə ilə məşğul oluram

Kardiologiyanın iki tərəfi var

Biri kabinetdə olur: şikayəti dinləmək, təzyiqi izləmək, EKQ və exokardioqrafiyanı oxumaq, dərmanı düzgün seçmək. Digəri kateter laboratoriyasında: damarın içinə baxmaq və lazım olanda onu açmaq.

Mən hər ikisini aparıram. Bu, xəstə üçün praktik bir fərq yaradır — angioqrafiyanı təyin edən, icra edən və nəticəsinə görə sonrakı müalicəni quran eyni həkimdir.

Şikayətlər

Hansı hallarda müraciət olunur

  • Sinə ağrısı, sinədə sıxılma və ya yanma hissi
  • Yeriyəndə, pilləkən qalxanda tez yorulma və təngnəfəslik
  • Ürəkdöyünmə, ürəyin “atlaması” hissi
  • Yüksək qan təzyiqi və ya təzyiqin nizamsız davranması
  • Ayaqlarda şişkinlik
  • Analizlərdə yüksək xolesterin
  • Ailədə erkən yaşda infarkt olması
  • Əvvəllər infarkt keçirmiş, stent qoyulmuş və ya ürək əməliyyatı olunmuş olmaq

Müayinəyə necə hazırlaşmalı

Elmi fəaliyyət

Klinik işlə yanaşı

On iki elmi işin müəllifi və ya həmmüəllifiyəm: doqquz jurnal məqaləsi və üç konfrans təqdimatı. Məqalələrdən üçü PubMed bazasında indekslənib, ikisində birinci müəllifəm.

2022-ci ildən Azərbaycan Tibb Universitetinin doktorantura pilləsində təhsilimi davam etdirirəm. 2024-cü ildən həmin universitetin III Daxili xəstəliklər kafedrasıında dərs deyirəm.

Azərbaycan Kardiologiya Cəmiyyətinin Pulmonar Vaskulyar Xəstəliklər işçi qrupuna rəhbərlik etmişəm.

ORCID: 0000-0002-6695-1584

Nəşrlərin tam siyahısı

Xəstə ilə iş üslubum

Təyinatın səbəbini izah etməyə vaxt ayırıram

Adam öz vəziyyətini anlamırsa, müalicəyə uzun müddət riayət etmir. Ona görə hansı müayinənin niyə təyin olunduğunu izah etmək qəbulun bir hissəsidir.

Prosedurdan sonrakı dövr müalicənin sonu deyil

Stent qoyulması başlanğıcdır. Dərmanın davamlılığı, təkrar müayinələr, qidalanma və hərəkət rejimi nəticəni prosedurun özü qədər müəyyən edir.

Maarifləndirici yazılar

Qəbul

Qəbul yeri

Lux İnternational Hospital
Faiq Yusifov küçəsi 146A, Bakı AZ1033

Qəbula yazılmaq, gün və saatı dəqiqləşdirmək üçün əlaqə səhifəsindəki məlumatlardan istifadə edin. Müayinəyə nə gətirmək lazım olduğu ayrıca izah olunub.

Əlaqə məlumatları

Qəbula nə gətirməli

  • Köhnə EKQ lentləri — kağız orijinal
  • Exokardioqrafiya, Holter, yüklənmə testi nəticələri
  • Angioqrafiya protokolu və diski, olubsa
  • Son 6 ayın qan analizləri
  • Dərman qutuları — ad və dozanı yaddan çıxarmaq asandır
Tam hazırlıq təlimatı

Təcili hallarda randevu gözləməyin

20 dəqiqədən çox davam edən, dincəlməklə keçməyən sinə ağrısı; kəskin təngnəfəslik; huşun itməsi; nitqin pozulması və ya üzün əyilməsi — 103-ə zəng edin və ya ən yaxın təcili yardım şöbəsinə müraciət edin.

103